Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Bakı və İrəvana “təmkinli olmaq” çağırışında bir neçə cümlə diqqəti çəkir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, Peskov “tərəfləri iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq” deyib:
“Rusiya Prezidentinin mətbuat katibinin sonrakı cümləsi isə belədir: “Təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq”.
Birincisi, 44 günlük savaşa son verən üçtərəfli sənəd iki il deyil, 2020-ci ilin noyabrında imzalanıb, təxminən ay yarımdan sonra 3 ili tamam olacaq. Peskov unudub, yoxsa bilərəkdən sənədin imzalanma tarixini “cavanlaşdırıb”? Biz həmin tarixin qısa müddətdə geridə qalmasını istəyirik ki, Rusiya hərbi kontingenti ərazimizi tez tərk etsin.
Peskovun “yeni reallıqlar nəzərə alınmalıdır” açıqlamasını isə belə yozmaq olar ki, Ermənistan Laçın yolunda sərhəd məntəqəsinin reallığı ilə barışmalıdır. Çünki Ermənistan rəsmiləri daima Kremli bu məsələyə görə tənqid edirlər.
Bu, Rusiya və Ermənistanın qəbul edəcəyi reallıqlardan yalnız biridir, növbəti reallıqlar Ağdam-Xankəndi yolunun daimi istifadəyə açılması, separatçıların tərk-silahı və Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamaları olmalıdır”.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü