Vaşinqton hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İn hərbi təchizat məsələsini müzakirə etdiyinə inanmağa əsas var.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.
“Rusiyanın Şimali Koreyadan kömək istəməyə məcbur olması faktı Ukraynaya qarşı müharibənin Kreml üçün necə inkişaf etdiyini göstərir. Vladimir Putin ilyarım əvvəl Rusiya imperiyasının şöhrətini bərpa edəcəyini düşünərək bu müharibəyə başladı və özünün maksimalist, imperialist məqsədlərinə çatmadı. İndi, il yarımdan sonra on minlərlə rus əsgərini itirdikdən və milyardlarla dollar xərclədikdən sonra o, Kim Çen İndən yardım dilənir”, - Miller bildirib.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü