Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukov və Qarabağdakı sülhməramlı qüvvələrin yeni komandanı, general-mayor Kirill Kulakovla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistanın müdafiə naziri general-mayor Krill Kulakova sülhməramlı missiyanın həyata keçirilməsində uğurlar arzulayıb.
S.Papikyan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinin ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl K.Kulakov Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb. O, avqustun sonunda Aleksandr Lentsovu Qarabağdakı Rusiya sülhməramlılarının komandanı postunda əvəzləyib.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü