Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin büdcə vəsaitlərini şəxsi reyslərə xərcləməsi ilə bağlı cinayət faktı təsdiqlənib. Bu, araşdırmaya başlamaq üçün əsas olmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu fraksiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
“Hamı bilir ki, birinci şəxsin çarterlərlə uçması cinayətdir. Uzun illərdir davam edən saxta kampaniya fonunda Saakaşvilinin bu məsələdə də cinayətkar olduğunu etiraf etməli oldular. Yeni böyük cinayət faktı faktiki olaraq təsdiqini tapıb. Hesab edirəm ki, bu, istintaqa başlamaq üçün əsas olmalıdır”, - o bildirib.
Qeyd edək ki, Gürcüstan Hava Yollarının keçmiş rəhbəri Tamaz Qayaşvili bildirib ki, Gürcüstan Müdafiə Nazirliyi ilə aviaşirkət arasında gizli müqavilələr imzalanıb:
“O zaman ölkə prezidenti Mixail Saakaşvili ildə 100-ə qədər səfər edib. Ödəniş isə dövlət büdcəsindən edilirdi. Bunlar özəl və hökumət səfərləri olub”.
Mediada yayılan məlumatlara görə, Müdafiə Nazirliyi ilə Gürcüstan Hava Yolları arasında 24 milyon lari (9 milyon dollardan çox) dəyərində saziş bağlanıb və bunun 14 milyon larisi təkcə Saakaşvilinin şəxsi səfərlərinə xərclənib.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü