Azərbaycan Ordusunun bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən zəruri tədbirlər davam edir.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.
"Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir. Asudə vaxtlarda hərbi qulluqçularımıza ölkəmizdə və dünyada baş verən ictimai-siyasi vəziyyət haqqında məlumat verilir. Eyni zamanda, şəxsi heyət mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunur".
Məlumatda deyilir ki, peşəkar hərbi qulluqçularımız hər an ehtimal olunan istənilən təxribatın qarşısını almağa hazır və qadirdir.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik