Ermənistanın hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvləri hazırda tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk edir.
BUTA.TV Haqqin.az-a istinadən xəbər verir ki, səhər saatlarından etibarən Laçın sərhəd-buraxılış məntəqəsində bir qrup erməni şəxs azərbaycanlı sərhədçilərin diqqətini cəlb edib.
Sözügedən şəxslər tələbə olduqlarını və təhsil üçün İrəvan Dövlət Universitetinə yollandıqlarını bildiriblər.
“Belə görünür ki, İrəvan hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərilən döyüşçülərini oradan çıxarmaq qərarına gəlib. İlkin məlumata görə, Paşinyan hökuməti ilk növbədə Ermənistan liderinin yerlilərini, yəni Dilican rayonundan olanları xilas etmək barədə tapşırıq verib. Məlumatı Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları da təsdiq edir”, - məlumatda qeyd olunub.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik