İndiki reallıqlarda Rusiyaya qarşı demarş həm Ermənistan, həm də “Qarabağ” üçün ağır nəticələr verə bilər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentin “Şərəfim var” blokunun katibi Tiqran Abramyan Ermənistan və Rusiyanın yüksək rütbəli rəsmilərinin son bəyanatlarını şərh edərkən deyib.
“Son bir həftə ərzində Ermənistan-Rusiya hakimiyyət nümayəndələri arasında şifahi bəyanat mübadiləsi gərginliyin dərəcəsini və Ermənistan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini göstərir”, - o bildirib.
O, ikitərəfli münasibətlərdə çoxlu problemlərin, əsassız gözləntilərin olmasını istisna etməyib:
“Unutmayaq ki, Rusiya Cənubi Qafqazda gedən bütün proseslərə təsir edən əsas oyunçudur. Ermənistanın siyasətindən fərqli olaraq, Türkiyə və Azərbaycan öz maraqlarını qorumaq üçün Rusiya ilə çalışır. Üstəlik, Türkiyə burada ön plana keçir”.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik