Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsindəki “seçki” təxribatını kəskin pisləməyə çağırıb.
Bu barədə BUTA.TV-a icmadan bildirilib.
"Son günlər şərti dövlət sərhədinə canlı qüvvə və hərbi texnika cəmləşdirən Ermənistan daha bir təxribata əl atıb. Ermənistanın Azərbaycanın suveren ərazilərində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən “prezident seçkiləri”nin keçirilməsi bölgədə vəziyyəti daha da gərginləşdirir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu “seçki” təxribatını kəskin şəkildə pisləməyə çağırır.
Bu xüsusda, Ermənistanın baş nazirinin yenə dünya liderlərinə telefon zəngləri, “Azərbaycanla təcili danışıqlara hazırıq” açıqlaması qeyri-səmimidir. Əgər Nikol Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa, onda Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı,qeyri-qanuni silahlı dəstələr tərksilah edilməli və qayıdış ilə əlaqədar Qərbi Azərbaycan İcması ilə təmaslara başlanılmalıdır", - məlumatda qeyd olunub.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik