Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sabah Bakıya səfərə gəlir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, türkiyəli nazir 6-8 sentyabrda Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclasında iştirak edəcək.
Həmçinin, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz da həmin tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Xatırladaq ki, tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi planlaşdırılır. Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur.
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- "Azercell" onlara 5 GB internet hədiyyə edir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video