Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Hunday" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb.
Qəza nəticəsində maşındakı Göyçay sakini olan qadın sərnişin dünyasını dəyişib. Sürücü və başqa bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı