Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi
- AAYDA-dan işdən çıxarılan rəis bu məmurun oğlu imiş - Foto