Nuridə Allahyarova TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"nın (publik hüquqi şəxs) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.
BUTA.TV xəbər verir ki, N.Allahyarova cari ilin fevral ayına qədər Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib.
Daha öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, Bakı Bus MMC-də mətbuat katibi vəzifələrində, daha əvvəllər isə Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində yüksək vəzifələrdə çalışıb.
Nuridə Allahyarova “Speys” telekanalında yayımlanan "Prezident vaxtı" verlişinin müəllifi və aparıcısı, ATV kanalında yayımlanan "Birlikdə güclüyük" verlişinin aparıcısı olub.
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi
- AAYDA-dan işdən çıxarılan rəis bu məmurun oğlu imiş - Foto