Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Vladimir Putinlə görüşündə Rusiya-Ukrayna münasibətlərinin nizamlanması üçün vasitəçi olmağa hazır olduğunu bəyan edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Milliyət” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
“Ərdoğan bölgədə davamlı sülh və sabitliyin yaradılmasının vacibliyini vurğulayacaq, tərəflər arasında davamlı sülhün təmin edilməsi üçün vasitəçi rolunu öz üzərinə götürməyə və birbaşa danışıqların təşkili də daxil olmaqla hər cür dəstəyi verməyə hazır olduğunu bəyan edəcək”, - mənbə bildirib.
Qeyd edək ki, Putin və Ərdoğan bu gün Soçidə görüşəcək.
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi
- AAYDA-dan işdən çıxarılan rəis bu məmurun oğlu imiş - Foto
- Saleh Məmmədovun yaxın qohumları işdən azad edildi