Depressiyadayam, danışmağa halım yoxdur. Neyləyək, qismətim belə imiş... Həyatımda olan hadisələri paylaşmağa çox qorxurdum, amma mən çox səhv düşünmüşəm, məni kimsə qınamadı, hər kəs dəstək oldu. Yüngül əməliyyat keçirəcəm, bu, ağır əməliyyata hazırlıq olacaq. Dualarınız mənimlə olsun.
"BUTA TV" xəbər verir ki, bu sözləri bədəninin çürüdüyünü deyən influenser Leyla Mirzəliyeva instaqramda yazıb. O, bildirib ki, plastik və estetik əməliyyatlar səbəbindən səhhətində ciddi problem yaranıb.Məlumat üçün bildirək ki, model bir müddət əvvəl özünü çox pis hiss etdiyini açıqlamış, eyni zamanda bədəninin fotolarını paylaşmışdı.
"Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım yüzdə ondur. Xahiş edirəm, dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin", - Leyla sosial mediada açıqlamasında yazmışdı.
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi
- AAYDA-dan işdən çıxarılan rəis bu məmurun oğlu imiş - Foto