Rusiya Prezidenti Vladimir Putin hələ 2004-cü ildə Ukraynaya müdaxilə etməyi planlaşdırırdı.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili "Tayms" nəşri üçün yazdığı məktubda bildirib.
Saakaşvili yazıb ki, Rusiya prezidenti Kremldə ilk görüşündə öz ərazi ambisiyalarından danışıb:
“Hazırda etdiyi hər şeyi o, ilk görüşümüz zamanı mənə az-çox aydın şəkildə söylədi”.
Eks-prezidentin sözlərinə görə, o, Gürcüstana hücumdan sonra Qərb siyasətçilərini Rusiyadan təhlükə barədə xəbərdar edib, lakin onlar reaksiya verməyiblər:
“Qərbə Putinlə bağlı xəbərdarlıq edəndə qeyri-sabit, qəzəbli bir dəli kimi mənə məhəl qoyulmadılar”.
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
- Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır