01 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının Volqoqrad şəhərinin Krasnoarmeyski rayonunda Rusiya vətəndaşı Ravil Amiroviç Abdulovun öldürülməsi faktı ilə bağlı Volqoqrad şəhər Krasnoarmeyski rayon İstintaq şöbəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Azərbaycan Respublikasının vətəndaşı Nazim Məhəmməd oğlu Kazımov tərəfindən törədilməsi və sonuncunun Azərbaycan Respublikası ərazisində olması müəyyən edildiyindən iş istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Goranboy rayon prokurorluğuna göndərilib.
BUTA.TV xəbər verir ki, istintaqla Nazim Kazımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Ravil Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Nazim Kazımova Cinayət Məcəlləsinin 12.1, 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan olunaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
- Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır