Krım körpüsünə yeni hücum böyük nailiyyət sayıla bilər, çünki ruslar onu Moskvadan daha yaxşı qoruyur.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko Krım körpüsündə baş verən partlayışı şərh edərkən deyib.
“Ruslar Krımda çox sayda hava hücumundan müdafiə sistemini, gəmiləri, birbaşa Kerç boğazı ərazisində körpünü qoruyan qayıqları bir araya gətiriblər. Belə çoxqatlı müdafiəni nəzərə alsaq, bu, böyük nailiyyətdir", - o vurğulayıb.
Musienko Krım körpüsünü Rusiyanın silah, sursat, yanacaq və sürtkü materiallarının daşınması üçün istifadə etdiyi hərbi obyekt adlandırıb:
“Söhbət düşmənin cənubdakı bütün logistikasının 65-70%-dən gedir”.
Qeyd edək ki, 17 iyulda Ukrayna ordusu iki dron ilə Krım (Kerç) körpüsünü vurub.
- Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
- Bağça müdiri olmaq istəyənlərin diqqətinə!
- Bakıda 9 mənzili soydu, həbs olundu - VİDEO
- Baş nazirdən qərar: Əlilliyi olan şəxslərin reyestri...
- Bakıda bu parklar birləşdirilir