Qondarma “döyüş qardaşlığı” ittifaqının (erməni revanşistlərinin hərbiləşdirilmiş təşkilatı – red.) üzvü Avetis Avetisyan Ermənistan ordusunun reallıqlarından danışıb.
BUTA.TV “Kalibr.az”a istinadən xəbər verir ki, o, bu barədə Ermənistanın FM 106.5 radiosunun efirində deyib.
“Ən böyük problem döyüş ruhunun olmamasıdır”, - o, aparıcının “Ermənistan ordusunun ən böyük problemləri nədir” sualına cavabında deyib.
Avetisyan qeyd edib ki, 2020-ci ildən sonra Ermənistan ordusunun əhval-ruhiyyəsi tamamilə aşağı düşüb:
“Döyüş mövqelərində heç bir dəyişiklik yoxdur. Hazırda bu, ən kəskin problemdir və əgər biz əhval-ruhiyyəni qaldıra bilməsək, bundan sonra nə olacağını bilmirəm. Mənim ətrafımda xidmət edən və ya təqaüdə çıxmış çoxlu sayda hərbçi var və onlarla daim əlaqə saxlayıram. Problemimizi ilk növbədə əsgərlərimizin zabitlərinə düşmən kimi baxmasında görürəm. Basarkeçərdə (Vardenis) əsgərlər zabitlərdən qorxur. Zabit böyük qardaş kimi olmalıdır, amma bizim orduda zabitlər əsgərə qul kimi baxırlar”.
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video