TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə minimum vəzifə maaşı alan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunmaqla əmək haqqı 2019-cu illə müqayisədə orta hesabla 3 dəfə artıb.
BUTA.TV xəbər verir ki, bu barədə bu gün TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfindən media nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunan tədbirdə deyib.
“Qeyd edilən artım ölkə üzrə əhalinin orta aylıq əmək haqqından 1.5 dəfə yüksəkdir. Avropada bu rəqəm orta aylıq əmək haqqına nisbətdə 2-3 dəfədir. Bizim hədəfimiz bu rəqəmi 2 dəfəyə qədər çatdırmaqdır.”,- deyə o əlavə edib.
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video