Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında məskunlaşan separatçıların başlatdıqları “müddətsiz” aksiyaya “dəstək” verməli olanlar arasında problem yaranıb.
BUTA.TV xəbər verir ki. bu barədə separatçı-terrorçu dəstənin “dövlət naziri” Qurgen Nersisyan deyib.
O bildirib ki, Ermənistanda bir qrup aksiyanın Rusiyaya, digər qrup isə Qərbə qarşı olmasına görə ondan imtina edir:
“Bəzi qruplar isə bildirir ki, aksiya səfirliklərin önündə deyil, Ermənistan hökumətinin qarşısında keçiriləcəyi halda orda iştirak edəcək. Öz hərəkətsizliyinizə haqq qazandıran səbəblərə ehtiyacınız varsa, heç olmasa, müdaxilə etməyin”.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış