Ermənistan təhlükəsizlik şursının keçmiş katib David Şahnazaryan Qarabağla bağlı diqqətçəkən iddia irəli sürüb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Şahnazaryan Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia edir.
“Rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb. Bu, “yol xəritəsidir”. Proqram 4 mərhələdən ibarətdir.
1. Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması;
2. Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması;
3. Qarabağdakı silahlıların tamamilə tərkisilah edilməsi və ləğv olunması;
4. Hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi”, - o iddiasında bildirib.
Qeyd edib ki, digər detalları açıqlamaq istəmir. Lakin əlavə edib ki, bu “yol xəritəsinin həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulub, hər mərhələnin başa çatması 3 ay ərzində edilməlidir.
D.Şahnazaryan qeyd edib ki, Azərbaycanın bu proqramı Ermənistan hakimiyyətinə göndərdiyinə dair onda məlumat var.
“Bilirəm ki, Ermənistan hakimiyyəti də bu proqramı “artsax hakimiyyətinə” (separatçılar) verməlidir”, - o bildirib.
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video