Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə "Baza” Teleqram kanalı məlumat yayıb.
Körpüdə baş verən partlayış nəticəsində Rusiyanın Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə də ziyan dəyib, 1 nəfər xəsarət alıb.
Daha əvvəl, Krımının qondarma “rəhbəri” Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. "Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir", - o deyib.
Hadisənin təfərrüatları açıqlanmır.
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video