İlin əvvəlindən beynəlxalq tərəfdaşlar büdcə kəsirinin maliyyələşdirilməsi üçün Ukraynaya 23 milyard dollardan çox vəsait ayırıblar.
BUTA.TV xəbər verir ki, bunu ölkənin Baş nazir Denis Şmıqal deyib.
"Bu ilin ilk altı ayında dövlət büdcəsinə vergilər, rüsumlar və digər ödənişlər şəklində 1 trilyon 302 milyard qrivin daxil olub. Eyni dövr üçün xərclər 1 trilyon 784 milyard qrivin təşkil edib. İlin əvvəlindən beynəlxalq tərəfdaşlar büdcə kəsirinin maliyyələşdirilməsi üçün Ukraynaya 23 milyard dollardan çox vəsait ayırıblar", - o bildirib.
Şmıqalın sözlərinə görə, təhlükəsizlik və müdafiə xərclərin birinci prioriteti olaraq qalır:
"Bu, bütün büdcə vəsaitlərinin təxminən yarısıdır. İkinci yerdə sosial proqramlar dayanır. Altı ayda onlara 231 milyard qrivin ayrılıb".
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video