Bizim müşahidəçilər hər gün Ermənistan və Azərbaycanın sərhədyanı rayonlarının 3800 km-ə yaxın ərazisində patrul xidməti aparır.
BUTA.TV xəbər verir ki, bu barədə AB-nin Ermənistandakı missiyası məlumat yayıb.
“Silahsız mülki AB missiyası olaraq bizim mandatımız təhlükəsizlik vəziyyəti haqqında hesabat vermək və cümə günü Arazdəyəndə olduğu kimi insidentlərdən sonra yerində yoxlanılmış məlumat toplamaqdır”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin uzunluğu təxminən 1000 km civarındadır. Buna görə də AB müşahidəçilərinin “3800 km-ə yaxın” sərhəd ərazisini necə “patrul” etdiyi diqqət çəkib.
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video