Ukraynada 6 yaşlı qıza 4 yaşlı oğlanın ürəyi transplantasiya edilib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, cərrahiyyə əməliyyatı 3 saat sürüb və uğurla başa çatıb. Bildirilir ki, ilk dəfədir Ukraynada belə bir əməliyyat keçirilir.
4 yaşlı oğlanın anası Sotnikova bunları yazıb:
“Uşağımın həyatını itirməsi qaçılmaz idi. Gecə saatlarına qədər əməliyyatın nəticəsini gözlədim. Mənə deyəndə ki, artıq ürək döyünür, ilk dəfə səmimi şəkildə gülümsədim. Oğlumun ürəyi döyünürdü!”
Nəşr qeyd edir ki, ürəyi başqasına köçürülən oğlanın daha üç orqanı – iki böyrəyi və bir qaraciyəri Kiyevdəki başqa xəstəxanada iki uşağa transplantasiya olunub.
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video