Ukrayna hakimiyyəti öz işləri ilə məşğul olmalı və Gürcüstanın daxili siyasi işlərinə qarışmamalıdır.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“Bizim öz baxışımız, öz planımız var, ona uyğun olaraq ardıcıl hərəkət edirik. Daxili siyasi məsələlərdə bizə kiminsə məsləhəti, müdaxiləsi lazım deyil. Bu, hər bir halda qəbuledilməzdir”, - deyə Qaribaşvili bildirib.
Eyni zamanda, baş nazir Ukraynanın Gürcüstan səfirini Kiyevdən qovmaq qərarını ədalətsiz adlandırıb:
“Bu, Ukrayna hakimiyyətinin qəbul etdiyi əsassız, tamamilə ədalətsiz qərardır”.
Qeyd edək ki, Ukrayna Ali Radası Gürcüstan prezidentini öz səlahiyyətindən istifadə edərək, Saakaşvilini azad etməyə çağırıb.
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video