İsrailin Stokholmdakı səfirliyi qarşısında Tövrat və İncili yandıracağını deyən şəxs planından əl çəkib.
BUTA.TV xəbər verir ki, bu barədə İsveçin SVT televiziyasının məlumatında bildirilib.
Məlumata görə, həmin şəxs bu gün günortadan sonra əlində Quranın nüsxəsi ilə İsrail səfirliyinə daxil olub və heç vaxt yəhudi və ya xristianların müqəddəs kitablarını yandırmaq niyyətində olmadığını, sadəcə olaraq Quranın yandırılmasına etiraz etmək üçün getdiyini bildirib.
Məlumata görə, sözügedən şəxs əlində tutduğu alışqanı yerə atıb və ona lazım olmadığını deyib:
“Mən müsəlmanam, kitabları yandırmırıq. Mən göstərmək istəyirəm ki, bir-birimizə hörmət etməliyik".
Qeyd edək ki, İsrail hakimiyyəti daha öncə İsveç hökumətini diplomatik missiyanın qarşısında keçirilən etiraz aksiyasını və müqəddəs kitabların yandırılmasını dayandırmağa çağırıb.
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video