Türkiyənin sabiq müdafiə naziri 15 İyul hadisələri zamanı başına gələn hadisələrdən birini danışıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Jurnalist Akara “O gecə sizə əmrinizdəki zabit silah çəkmişdi. O an nə hiss etdiniz” sualını ünvanlayıb.
“Bəli, o gecə unuda bilmədiyim hadisələrdən biri də alnıma tuşlanmış silah idi. Silahı tutan xain davamlı olaraq “Oturun, sakit olun, yoxsa atəş açaram” deyirdi. Mən də həmin an əsəbiləşərək “Atəş aç, şərəfsiz” deyə qışqırdım üstünə”, - Akar cavab verib.
Qeyd edək ki, Hulusi Akar həmin dövrdə Türkiyə Baş Qərargah rəisi olub.
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video