Bakıda və Abşeron yarımadasında iyulun 16-dan 17-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə BUTA.TV-aMilli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 16-sı əsasən səhər və axşam, 17-dən 18-i səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 17-də gündüz 22-26° isti olacaq.
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra iyulun 16-sı qərb rayonlarından başlayaraq 18-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 ms/, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video