Kupyansk, Liman, Baxmut, Avdeyevski və Maryinka istiqamətlərində rus ordusu əbəs yerə hücum etməyə çalışır, şiddətli döyüşlər davam edir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
"Kupyansk istiqamətində əsgərlərimiz müdafiəni əzmlə saxlayırlar. İşğalçılar artilleriya və minaatanlardan Xarkov vilayətinin bir sıra yaşayış məntəqələrini atəşə tutub", - məlumatda bildirilib.
Baş Qərargah məlumat yayıb ki, düşmən Limans istiqamətində Luqansk vilayətinin Dibrova şəhərinin qərbində və Donetsk vilayətinin Novosadovoe şəhərinin şərqində hücum əməliyyatları keçirməsi nəticəsiz qalıb. 10-dan çox yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb.
Qeyd olunub ki, Baxmut istiqamətində rusların ağır hava və artilleriya atəşi altında Ukrayna əsgərləri Donetsk vilayətinin Berxovka bölgəsində düşmənin bütün hücumlarını uğurla dəf ediblər.
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video