“Vaqner” muzdlularının hərbi qiyamları Rusiya təhlükəsizlik qüvvələri arasında fikir ayrılıqlarını daha da artırıb. Yüksək rütbəli generallar ictimaiyyət qarşısına çıxmır və onlar həbs oluna bilərlər.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir.
Məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı və Ukraynadakı Rusiya qüvvələrinin komandanının müavini general Sergey Surovikin 2023-cü il iyunun 23-24-də “Vaqner” üsyanından sonra ictimaiyyət qarşısına çıxmayıb:
“Bu arada müdafiə nazirinin müavini general-polkovnik Yunus-Bek Yevkurov da Şoyqunun 2023-cü il iyulun 3-də televiziyada nümayiş etdirilən çıxışında iştirak etməyib. Surovikinin həbsi ilə bağlı xəbərləri təsdiqləmək mümkün olmayıb, lakin səlahiyyətlilər, çox güman ki, onun Suriyada 2017-ci ildən bəri davam edən “Vaqner”lə əlaqəsindən şübhələnirlər. Yevkurov isə muzduların Rostov-Donu ələ keçirməsi zamanı “Vaqner”in sahibi Yevgeni Priqojinlə söhbət edərkən lentə alınıb. Qərbdə qəddar reputasiyası ilə tanınsa da, Surovikin Rusiya ordusunun ən hörmətli yüksək rütbəli zabitlərindən biridir və ona qarşı hər hansı rəsmi sanksiya çox güman ki, parçalanma yarada bilər”.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi
- ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir
- Buraxılış imtahanının nəticələri açıqlandı
- İmtahanda 9 nəfər maksimum bal topladı - Siyahı
- “Changers Academy” AzMİU-da təqdimat keçirdi
- Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video