Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Şəmkirin Kür qəsəbəsində Azərbaycanın şəhid Milli Qəhrəmanı İsgəndər Aznaurovun adını daşıyan 1 saylı tam orta məktəbin qarşısında ucaldılmış büstünün əsaslı təmirdən sonrakı açılış mərasimində iştirak edib.
BUTA.TV xəbər verir ki, mərasimə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbərliyi, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) rəhbərliyi və fəalları, qardaş Türkiyənin Gəncədəki Baş Konsulluğunun əməkdaşları, şəhid ailələri və qazilər, eləcə də Milli Qəhrəmanın döyüş yoldaşları və ictimaiyyət nümayəndələri qatılıb.
Komitə sədri əslən Ahıska türkü olan, el arasında “Topçu İsgəndər” kimi tanınan, hələ sağlığında bir topçu zabit olaraq əfsanələşmiş İsgəndər Aznaurovun həyat və döyüş yolundan bəhs edərək, onu gənclərə örnək olaraq xarakterizə edib.
O, Milli Qəhrəmanın I Qarabağ müharibəsində topçu olaraq göstərdiyi qəhrəmanlıqların dillərdə dastan olduğunu deyib.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Q.Paşayeva baş leytenant İsgəndər Aznaurovun şəhid olmasının 30-cu ildönümündə minnətdarlıq və qürurla anıldığını vurğulayıb. O, qəhrəmanın adını daşıyan məktəbin həyətindəki büstünün əsaslı təmirində əməyi keçən hər kəsə könül dolusu təşəkkür edib.
Q.Paşayeva büstün açılış mərasimindən sonra mərasim iştirakçısı olan DATÜB fəalları, şəhid ailələri və qazilərlə görüşüb, geniş fikir mübadiləsi aparıb.
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi
- ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir
- Buraxılış imtahanının nəticələri açıqlandı
- İmtahanda 9 nəfər maksimum bal topladı - Siyahı
- “Changers Academy” AzMİU-da təqdimat keçirdi
- Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video