Gömrük baxışı zamanı müsadirə edilmiş əmlakları ələ keçirən şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə BUTA.TV-a Baş Prokurorluqdan məlumat verilib.
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri barəsində həmin qurumdan Baş Prokurorluğa daxil olmuş materiallar üzrə araşdırma aparılan zaman “Capitals Auction” MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri ifşa edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Anar Cəlilovun qeyd olunan MMC-nin direktoru vəzifəsində işləyərkən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəsmi məktubu əsasında təhvil aldığı 30 min manat dəyərində müsadirə edilmiş dərman preparatlarının guya vətəndaş tərəfindən hərracda daha aşağı qiymətə alınmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Anar Cəlilova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
- AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir...
- Qızılağaclar kəsildi: saxlanılanlar var
- Bakıda məşhur şadlıq evi yandı
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- Bakıda qənnadı müəssisəsinin fəaliyyəti dayandırıldı - Foto
- Bakıda bir evi soyan 4 nəfər saxlanıldı
- Hərbi vəzifəlilərlə təlim toplanışı başladı
- “İdrak”da müəllimi güllələyən şagird haqda bu xəbər təkzib edildi