Hindistanın meteorologiya departamenti ölkənin qərbindəki Qucarat ştatının sahilboyu yaşayış məntəqələrində “Biparcoy” fırtınası ilə əlaqədar xəbərdarlıq elan edib.
BUTA.TV xəbər verir ki, Ərəb dənizindən saatda 7 kilometr sürətlə Qucarat ştatına çatan qasırğanın iyunun 15-dək ciddi fəsadların törədə biləcəyi, tikililəri dağıdacağı, kommunikasiya xətlərinə ziyan vuracağı proqnozlaşdırılıb.
Küləyin sürətinin saatda 150 kilometrə çatacağı bildirilir. Ehtimal olunan təbii fəlakətlə mübarizə üçün müvafiq qurumlara tapşırıqlar verilib.
“Biparcoy” ilə əlaqədar bölgədə balıqçılara növbəti 5 gün ərzində dənizə çıxmamaq tövsiyə olunub.
- Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi
- Hüseyn yalandan toy xəbərini yaydı - VİDEO
- “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı
- Körpə yüksək hərarətdən öldü
- Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”
- Sabah Bakıya intensiv yağış yağacaq
- Pensiya alanların nəzərinə!
- Sumqayıtda 23 yaşlı oğlan futbol oynayarkən öldü