Türkiyədə hər seçkidən sonra qalib gələn siyasətçi ilk rəsmi səfərini Azərbaycana etməsi müsbət bir ənənə halını alıb. Doğrudur, Türkiyəni idarə edənlər ilk səfərlərini Kuzey Kıbrıs Türk Cumhuriyyətinə edirlər. Ancaq bu dövlətin müstəqilliyini Türkiyədən başqa heç bir dövlət tanımadığından kənardan rəsmi səfər kimi qiymətləndirilmir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı xüsusi sənədlərin imzalanmasına ehtiyac yoxdur, elə “Şuşa bəyannaməsi” iki dövlət arasında imzalanan sənədlərin fövqündə dayanır. Türkiyə Cümhurbaşqanının seçkidən qısa müddət sonra Azərbaycana gəlişi strateji müttəfiqliyin ruhundan xəbər verir, irəliyə doğru ortaq çalışmaların istiqamətini müəyyənləşdirmək və sürətini artırmaq lazımdır, görüləcək hələ çox iş var”, - Şahinoğlu bildirib.
- Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi
- Hüseyn yalandan toy xəbərini yaydı - VİDEO
- “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı
- Körpə yüksək hərarətdən öldü
- Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”
- Sabah Bakıya intensiv yağış yağacaq
- Pensiya alanların nəzərinə!
- Sumqayıtda 23 yaşlı oğlan futbol oynayarkən öldü