Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən BUTA.TV-a bildirilib ki, hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda əsaslı tikinti işləri aparılır:
"Bununla əlaqədar yolun inşaat işləri aparılan hissələrdə daralması nəticəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
Baş Dövlət Yol Polisi İdarəsi mövsümlə əlaqədar sözügedən avtomobil yolunda hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artmasını da nəzərə alaraq, sürücülərdən alternativ yollardan istifadə etməyi, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, tikinti işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti nizamlama vasitələrinin tələblərinə ciddi əməl etməyi xahiş edir".
- Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi
- Hüseyn yalandan toy xəbərini yaydı - VİDEO
- “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı
- Körpə yüksək hərarətdən öldü
- Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”
- Sabah Bakıya intensiv yağış yağacaq
- Pensiya alanların nəzərinə!
- Sumqayıtda 23 yaşlı oğlan futbol oynayarkən öldü