“İrəvan" futbol klubu yaradılmalı və "Qarabağ" futbol klubu kimi dünyaya səs salmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.
“Maddi əsaslar olmadıqca Qərbi Azərbaycan həqiqətləri ilə bağlı layihələrin həyata keçirilməsi mümkün olmayacaq. Biz kitablar yaza, bədii reportajlar edə, filmlər çəkə bilərik. Lakin konkret olaraq qərar verməliyik ki, daxildə, xaricdə və beynəlxalq təşkilatlarda hansı işlər görməliyik. Düşünürəm ki, “Coğrafiya” və “Tarix” dərsliklərimiz dəyişdirilməli və Qərbi Azərbaycanla bağlı məlumatlar yeni nəşr olunan kitablarda öz əksini tapmalıdır. Bəlkə bu nəslin həmin torpaqlara dönməyə ömrü yetmədi? Ona görə də yeni nəsil bu məsələlərdən xəbərdar olmalı və ideoloji olaraq Qərbi Azərbaycana qayıdışa hazırlıqlı olmalıdır”, - deputat vurğulayıb.
M.Quliyev bildirib ki, “İrəvan” futbol klubu yaradılmalı və “Qarabağ” futbol klubu kimi dünyaya səs salmalıdır:
“Bu, tarixi həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağın ən yaxşı üsullarından biridir”.
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
- ABŞ-da Nərimana “Ləvəngi” təklif etdilər - VİDEO
- Şagirdlər, görün, necə bufetlərdə qidalanır - Foto
- DYP yağışlı hava ilə bağlı yenə müraciət etdi
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu