28 mayda keçirilən prezident seçkilərinin ikinci turundakı qələbəsindən sonra ilk səfərinə hazırlaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlişi dünyanın diqqət mərkəzindədir.
BUTA.TV xəbər verir ki, bütün region ölkələrinin, o cümlədən dünyanın aparıcı media qurumları Ərdoğanın sabah Azərbaycana səfərə gəlməsi və səfər proqramına yer verib.
Əsas diqqət isə proqramdakı “yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanlarının müzakirəsi” ifadəsidir. Türkiyə və Azərbaycan prezidentləri Ərdoğan və Əliyevin yeni dönəm üçün prioritetlər elan edəcəyi gözlənilir.
Başqa cür desək, Ərdoğanın Bakıya səfərinin yalnız adətə uyğun olaraq protokol xarakteri daşımayacağı, yeni çağırışlara uyğun mühüm bəyanatların veriləcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyə lideri Ərdoğan bu gün Şimali Kiprə səfər edəcək və sabah oradan birbaşa Bakıya gələcək.
Bu, Ərdoğanın seçkidən sonra ilk xarici səfəridir.
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
- ABŞ-da Nərimana “Ləvəngi” təklif etdilər - VİDEO
- Şagirdlər, görün, necə bufetlərdə qidalanır - Foto
- DYP yağışlı hava ilə bağlı yenə müraciət etdi
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu