Paşinyan bu ay 44 günlük müharibə ilə bağlı təhqiqat komissiyasında canlı məruzə ilə çıxış edəcək. Şübhə yoxdur ki, Nikol bu biabırçılığın məsuliyyətindən yayınmaq üçün müharibənin başlanmasında, onun məğlubiyyətində və nəticələrində bütün mümkün daxili və xarici oyunçuları günahlandıracaq.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Hamı əsas hədəf olacaq - keçmiş hakimiyyət, ordu və Rusiya. Halbuki 44 günlük müharibəyə səbəb Paşinyan müharibədən əvvəl sərt ritorikası ilə Bakını qıcıqlandırması oldu.
Alçaldıcı məğlubiyyət onun nəticəsidir ki, müharibə günlərində Nikol özünü dövlət xadimi kimi aparmırdı, daxili siyasi merkantil maraqlarını rəhbər tutmuşdu. Ermənistanın alçaldılması Paşinyan hakimiyyəti davam etdikcə gündəmdə olacaq. Amma hakimiyyət əbəs yerə ümid edir ki, məsuliyyətdən sonadək yayınacaq”, - o bildirib.
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
- ABŞ-da Nərimana “Ləvəngi” təklif etdilər - VİDEO
- Şagirdlər, görün, necə bufetlərdə qidalanır - Foto
- DYP yağışlı hava ilə bağlı yenə müraciət etdi
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu