Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Hörmətli Vladimir Vladimiroviç.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı – Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanı və Rusiyanı xalqlarımız arasındakı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri bağlayır. Bu gün bizim dövlətlərarası əlaqələrimiz, gündən-günə yeni sahələri əhatə edən sıx və etibarlı tərəfdaşlıq münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Böyük məmnuniyyətlə Azərbaycan-Rusiya əlaqələrinin ruhunu və xarakterini əks etdirən, gələcək illər üçün çoxplanlı qarşılıqlı fəaliyyəti müəyyənləşdirən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni qeyd etmək istərdim.
Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da gələcək əlaqələrimizin möhkəmlənməsinə, ticari-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə fəal kömək edəcəyik.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, dost Rusiya xalqına isə səadət və rifah arzulayıram".
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
- ABŞ-da Nərimana “Ləvəngi” təklif etdilər - VİDEO
- Şagirdlər, görün, necə bufetlərdə qidalanır - Foto
- DYP yağışlı hava ilə bağlı yenə müraciət etdi
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu