İstanbulda keçirilən UEFA Çempionlar Liqasının final oyunu Türkiyəyə 200 milyon dollar qazandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Bildirilir ki, finala görə ölkəyə dünyanın hər yerindən çoxsaylı qonaqlar gəlib.
Bu tədbirin Türkiyədə keçirilməsi ölkənin imkanlarının yoxlanılması və Türkiyənin 2028 və 2032-ci il Avropa çempionatlarına ev sahibliyi etmək üçün namizədliyini qiymətləndirmək baxımından test olub. Finalın təşkili yüksək qiymətləndirilib.
Qeyd edək ki, ötən gün baş tutan final oyununda “Mançester Siti” klubu tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olan “İnter”i məğlub edib. Oyun 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Yeganə qolu 68-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Rodri vurub.
- DİM-dən buraxılış imtahanı ilə bağlı müraciət
- “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?
- ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı
- Tiflisdə azərbaycanlı qızın meyiti tapıldı - Foto
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video