Rusiya Kaxovka su elektrik stansiyasında törədilən terror aktından sonra dayanmır və bəndləri dağıtmağa davam edir. İndi düşmən Zaporojye vilayətində bəndi uçurub.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Tavriya Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mərkəzinin spikeri Valeri Şerşen deyib.
"Ruslar Donetsk vilayəti ilə sərhəddə, Zaporojye vilayətinin Poloqovski rayonunun Novodarovka kəndi yaxınlığında bəndi partladıblar. Aydındır ki, düşmən Ukrayna qoşunlarının hücumunu dayandırmaq üçün hər şeyi etməyə çalışır. Su bəndinin dağıdılması daşqınlara səbəb olub. Bu, Mokrıye Yalı çayının hər iki sahilinin daşmasına səbəb olub",- o bildirib.
Spikeri bunun Ukrayna Silahlı Qüvvələrinin əks-hücum hərəkətlərinin gedişatına heç bir şəkildə təsir etməyəcəyini vurğulayıb.
- DİM-dən buraxılış imtahanı ilə bağlı müraciət
- “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?
- ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı
- Tiflisdə azərbaycanlı qızın meyiti tapıldı - Foto
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video