Əlverişsiz hava şəraiti səbəbilə yolu azaraq Ermənistana keçən və əsir götürülən azərbaycanlı hərbçi Hüseyn Axundovun məhkəməyə xüsusi qəddarlıqla, az qala başına silah dayamaqla gətirilməsi erməni ekspertlərinin belə diqqətini çəkib.
BUTA.TV xəbər verir ki, erməni hərbi ekspert Karen Ovannisyan Axundovun məhkəməyə o cür gətirilməsi və elə bir salonda mühakimə olunmasının səbəbini anlamadığını bildirib.
“Əvvəla, məhkəmə zalı belə görünməməli idi. Özünüz də yaxşı bilirsiniz ki, düşmən (Azərbaycan – red.) bizim dərc etdiyimiz kadrlarla əks-təbliğat aparmağa başlayacaq. Onlar Bakıda mühakimə edilən ermənilərin məhkəməsinin getdiyi zalla bu məhkəmə zalını müqayisə edərək, nə qədər biabırçı kasıb olduğumuzu bildirəcəklər.
İkinci, silahın müşayiəti ilə, silahı əvvəldən axıra kimi onun başı üstündə tutaraq proses aparılır və fotolar yayılır. Barmaqlıq düzəldilə və onu ora sala bilməzdinizmi? Axı məhkəmədə qandallı şəxsin başına silah dirəməyə ehtiyac yoxdur. Bu, düşmənə bizə qarşı təbliğat üçün fürsət verir”, - o qeyd edib.
Ovannisyan deyib ki, çox pis zal seçilib və onu (Axundovu) əvvəldən axıradək o cür “izləmək” rüsvayçılıqdır.
Qeyd edək ki, Hüseyn Axundova saxlanılanda da ağır fiziki işgəncələrə məruz qalmış, vəhşicəsinə döyülmüşdü.
- DİM-dən buraxılış imtahanı ilə bağlı müraciət
- “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?
- ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı
- Tiflisdə azərbaycanlı qızın meyiti tapıldı - Foto
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video