Parisdə keçirilən dörd Böyük Dəbilqə turnirindən biri olan "Roland Garros" turnirinin finalında serbiyalı tennisçi Novak Cokoviç norveçli Kasper Rudu məğlub edib.
BUTA.TV xəbər verir ki, görüşün nəticəsi 7:6 (7:1), 6:3, 7:5 olub. ATP reytinqində Cokoviç üçüncü, Rud isə dördüncü yerdədir.
Bu, Cokoviçin "Roland Garros"da üçüncü, karyerasında isə 23-cü Böyük Dəbilqə qalibiyyətidir. 36 yaşlı serbiyalı 22 qalibiyyəti olan ispaniyalı Rafael Nadalı geridə qoyaraq, Böyük Dəbilqə tarixində yeni rekorda imza atıb.
Kasper Ruud ardıcıl ikinci dəfə "Roland Garros"un finalında məğlub olur.
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
- ABŞ-da Nərimana “Ləvəngi” təklif etdilər - VİDEO
- Şagirdlər, görün, necə bufetlərdə qidalanır - Foto
- DYP yağışlı hava ilə bağlı yenə müraciət etdi
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu