Rumıniya afrikalıları meymuna bənzədən Keniyadakı səfirini Draqoş Tiqaunu geri çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə BBC məlumat verib.
Rumıniya Xarici İşlər Nazirliyi də məsələyə görə, dərin təəssüf hissi keçirdiklərini, hər kəsdən üzr istədiklərini bildirib.
“İrqçi xarakterli hər hansı bir davranış və ya şərh qətiyyən qəbuledilməzdir”, - bəyanatda qeyd olunub.
Keniya hökuməti səfirin geri çağırılması ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, aprelin 26-da Keniyanın paytaxtı Nayrobidə BMT-nin iclası zamanı pəncərədə meymunları görən Tiqau, “Afrikalılar da bizə qoşuldu” deyə yazmışdı.
- ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı
- Tiflisdə azərbaycanlı qızın meyiti tapıldı - Foto
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video