Tovuz rayonunda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb, bir neçə nəfər isə müxtəlif xəsarətlər alıb. Mübahisədən sonra hadisə yerindən uzaqlaşmaq istəyənlər isə avtomobil qəzasına düşüblər.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.
Çay evlərinin birinin qarşısında mübahisə edən tərəflərdən biri bıçaqlanıb. Daha sonra mübahisə edənlərdən bəziləri KİA markalı avtomobillə hadisə yerindən uzaqlaşan zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı traktora çırpılıb.
Avtomobil qəzası zamanı Əliyev Hüseyn, Tural Tağıyev, Sənan Məmmədov və Günay Babayeva müxtəlif bədən xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.
Bıçaq xəsarəti alan şəxsin vəziyyəti isə orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var