Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb.
BUTA.TV başsağlığının mətnini təqdim edir:
“Abay bölgəsində baş vermiş güclü meşə yanğınlarının çox sayda insan tələfatına səbəb olması və ağır fəsadlar doğurması xəbəri bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!”
- ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı
- Tiflisdə azərbaycanlı qızın meyiti tapıldı - Foto
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video