Rusiya Baş nazirinin müavini Denis Manturov Xerson vilayətinin Rusiyanın nəzarətində olan yaşayış məntəqələrindən birində 9 iyunda atəşə tutulub.
BUTA.TV xəbər verir ki, bu iddia ilə Rusiya Teleqram kanalları çıxış edib.
Manturovun xəsarət almadığı bildirilir.
Xersona ruslar tərəfindən təyin edilən “qubernator” Vladimir Saldo isə 10 iyunda Jeleznıy Port qəsəbəsindəki “Pozitiv” otelində atəş altına düşüb.
Xəbər rəsmi təsdiqini tapmasa da, Saldo ötən gün baş verənləri “Xerson vilayətinin birinci şəxsləri təqib edilir” deyə, şərh edib.
Qeyd edək ki, bu, Ukrayna kəşfiyyatının operativ işlədiyi və nəzarətində olmayan ərazilər haqda dəqiq məlumatlar əldə etməsinin nəticəsidir.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var