İstanbulun qərbində fabrikdə baş verən güclü yanğını 18 saatdan çoxdur ki, söndürmək olmur.
BUTA.TV xəbər verir ki, bu barədə TRT məlumat verib.
Məlumata görə, yanğının tüstüsü dünən Çempionlar Liqasının finalının keçirildiyi Atatürk stadionundan görünüb.
Yanğın stadionun yaxınlığındakı İkitelli sənaye zonasında altımərtəbəli fabrikin üst mərtəbəsini əhatə edib. Təxminən min kvadratmetr sahəsi olan binada naməlum səbəbdən plastik və kağız məmulatları yanıb. Binada qalan əcnəbi işçiləri xilas etmək mümkün olub.
Yanğın nəticəsində binanın bir hissəsi dağılıb, yanğın azı dörd mərtəbəni əhatə edib.
- ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı
- Tiflisdə azərbaycanlı qızın meyiti tapıldı - Foto
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video