Kanada XİN Rusiyaya tətbiq edilən sanksiya siyahısındakı şəxslər və müəssisələrin siyahısını açıqlayıb.
BUTA.TV xəbər verir ki, siyahıda Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun oğlu Aleksandr da var. Eyni zamanda sanksiya tətbiq edilən fiziki şəxslər sırasına bloger Yuri Podolyak, Donetskin sabiq “informasiya nazirinin birinci müavini” Danil Bezsonov və s. salınıb.
Hüquqi şəxslərdən isə işğal nəticəsində yaradılmış qondarma təhsil və mədəniyyət nazirlikləri, eləcə də Rusiya tərəfində döyüşən Ukrayna hərbi şirkətləri sanksiyaya məruz qalıb.
Qeyd edək ki, ötən gün Kiyevə səfər edən Kanada Baş naziri Castin Trudo Rusiyaya bağlı 24 fiziki və 17 hüquqi şəxsə sanksiya tətbiq edildiyini açıqlamışdı.
- ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı
- Tiflisdə azərbaycanlı qızın meyiti tapıldı - Foto
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video